Tarix: 27-04-2026 | Saat: 10:07
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ və Yaponiya yaxın bir il ərzində dövlət-özəl tərəfdaşlığı əsasında ikili təyinatlı məhsulların hazırlanması və istehsalı üçün yeni mexanizm yaratmağı planlaşdırır.
“Kyodo” agentliyinin məlumatına görə, layihənin ilk böyük istiqaməti pilotsuz uçuş aparatlarının istehsalı olacaq. Məhsulların Yaponiyanın sənaye şirkətləri tərəfindən, əsasən ABŞ texnologiyaları əsasında istehsal olunacağı bildirilir.
Məlumata görə, Tokio son dövrlərdə silah ixracına qoyulan məhdudiyyətləri yumşaldarkən məhz ABŞ-la əməkdaşlığı nəzərdə tutub.
ABŞ tərəfi süni intellekt və proqram təminatı sahəsində üstün mövqeyə malik olsa da, istehsal imkanlarını qismən itirdiyi üçün Yaponiyanın sənaye potensialına maraq göstərir.
Bu çərçivədə “Mitsubishi Heavy Industries” kimi iri şirkətlərin də prosesə cəlb olunacağı gözlənilir.
Layihədə Pentaqon, ABŞ-ın Tokiodakı səfirliyi, həmçinin Yaponiyanın müdafiə və iqtisadi qurumlarının iştirak edəcəyi qeyd olunur.
Digər xəbərlər

















