Saytımızı qiymətləndirin


 
 

Fransa 2035-ci ildə yeni nüvə reaktorunu işə salacaq
Tarix: 10-02-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fransa 2035-ci ildə yeni nüvə reaktorunu işə salacaq

Fransada 2035-ci ilə qədər yeni nəsil nüvə reaktorları tikilib istifadəyə veriləcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verirk ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkənin enerji sektorunun gələcəyi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Fransa lideri enerji suverenliyinin artırılmasının zəruriliyini qeyd edib və yeni nəsil reaktorların hazırlanması planlarından danışıb.

Onun sözlərinə görə, bu texnologiya birinci nəsil EPR (Yeni nəsil Güc Reaktoru) reaktorlar ilə müqayisədə əhəmiyyətli irəliləyişə səbəb olacaq.

“Elektrik enerjisinə artan tələbatı və istismar müddətini uzatmaq mümkün olmayan nüvə reaktorları parkında dəyişiklikləri nəzərə alaraq, biz bu gündən etibarən yeni nüvə reaktoru proqramına başlayırıq. Mən altı EPR-2 reaktorunun tikilməsini və bu reaktor üzərində işə başlamağımızı istəyirəm. Gələcəkdə əlavə səkkiz EPR-2-nin tikintisini davam etdirəcəyik”, - deyə o bildirib.

Emmanue Makron bildirib ki, tikinti 2028-ci ildə başlayacaq və reaktor 2035-ci ildə işə düşəcək.

 



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər