Saytımızı qiymətləndirin


 
 

Husilər "Sounion" tankerinin yedəyə alınması üçün atəşkəsə razılaşıblar
Tarix: 29-08-2024 | Saat: 06:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Husilər "Sounion" tankerinin yedəyə alınması üçün atəşkəsə razılaşıblar

Yəmənin üsyançı Ənsar Allah hərəkatı (husilər), Qırmızı dənizdə hücuma məruz qalan və zədələnmiş “Sounion” tankerinin qoşquya alınması üçün müvəqqəti atəşkəsə razılaşıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

“Ənsar Allah Fələstinə dəstək və sionistlərə yanacaq ötürülməsinin qarşısını almaq siyasətinə uyğun olaraq Qəzzada müharibənin davam etdiyi bir vaxtda Qırmızı dənizdə İsrail rejiminə doğru hərəkət edən neft tankerlərinə hücumlarını davam etdirəcəyini açıqlayıb. Rejim üçün neft daşıyan neft tankerinin göyərtəsində baş verən yanğın və bunun nəticəsində yaranan ekoloji təhlükədən sonra bir neçə ölkə yedək gəmilərinin və xilasedici gəmilərin əraziyə daxil olması üçün Ənsar Allahdan müvəqqəti atəşkəs istəyib. Humanitar və ekoloji mülahizələri nəzərə alan Ənsar Allah bu tələbi qəbul edib”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Qırmızı dənizdə Yunanıstanın bayrağı altında üzən "Sounion" tankeri avqustun 21-i səhər saatlarında hücuma məruz qalıb.



Xəbəri paylaş

123 dəfə oxunub.

Digər xəbərlər