Saytımızı qiymətləndirin


 
 

İstanbul-Bakı reysi təxirə salındı
Tarix: 02-09-2023 | Saat: 11:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

İstanbul-Bakı reysi təxirə salındı

"Azərbaycan Hava Yolları" aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

 

"Azərbaycan Hava Yolları" QSC-dən Qarabaqinfo.az-a verilən məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.

 

Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

 

“Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görürük”, - məlumatda qeyd olunur.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər