Saytımızı qiymətləndirin


 
 

“Fransa dünyaya tiran sima təqdim edir”
Tarix: 25-08-2024 | Saat: 16:26
Bölmə:Karusel / Dünya | çapa göndər

fransa-dunyaya-tiran-sima-teqdim-edir

“Hakimiyyət işi sürətləndirmək və “təhlükəsiz mesajlaşmanı aradan qaldırmaq” məqsədi ilə digər Avropa ölkələrinə təzyiq göstərmək istəyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu teleqramın həmtəsisçisi Pavel Durovun həbsinə etirazını bildirən Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

“Fransa dünyaya tiran sima təqdim edir! Özümüzü bu dəlilərdən azad etməliyik! “X” sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya ayaq basarsa, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”, - o paylaşımda yazıb.

Qeyd edək ki, Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.

Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər