ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi prezidentliyə namizədliyini geri götürüb.
Qarabaginfo.az bildirir ki, bu barədə Reuters xəbər yayıb.
Arizona ştatının dövlət katibi Adrian Fontes bildirib ki, Kennedi cümə axşamı namizədliyini geri götürmək üçün sənədlərini təqdim edib.
Fontesin sözlərinə görə, Kennedi və daha 11 prezidentliyə namizəd könüllü olaraq yarışdan imtina ediblər.
Reuters agentliyi mənbələrə istinadən bildirib ki, Kennedi Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampla onun administrasiyasında işləmək müqabilində ona dəstək verəcəyi ilə bağlı razılaşma əldə etmək istəyir.
Tramp daha əvvəl CNN-ə demişdi ki, əgər Kennedi onu dəstəkləmək üçün yarışdan kənara çıxsa, administrasiyasında müəyyən yer ayıracaq.
70 yaşlı Con Kennedi ABŞ-ın sabiq baş prokuroru Robert Kennedinin oğlu və mərhum prezident Con Kennedinin qardaşı oğludur.