Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Krupets kəndi üzərində nəzarəti bərpa edib.
Qarabaginfo.az bildirir ki, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilir.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bir gündə 340-a qədər hərbçi itirib. Bölgədəki bütün döyüş əməliyyatları ərzində ümumi itkilər 2640 hərbi qulluqçu təşkil edib.
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, Rusiya hərbçiləri Martınovkanı Ukrayna Silahlı Qüvvələrindən təmizləyiblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərhədyanı rayonların sakinlərinin əksəriyyəti köçürülüb.