Ana Sayfa > Karusel / Dünya > Rusiya ordusu Kursk vilayətində bir kənd üzərində nəzarəti bərpa edib

Rusiya ordusu Kursk vilayətində bir kənd üzərində nəzarəti bərpa edib


15-08-2024, 16:40. Yazar: Admin

Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Krupets kəndi üzərində nəzarəti bərpa edib.

Qarabaginfo.az bildirir ki, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilir.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bir gündə 340-a qədər hərbçi itirib. Bölgədəki bütün döyüş əməliyyatları ərzində ümumi itkilər 2640 hərbi qulluqçu təşkil edib.

Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, Rusiya hərbçiləri Martınovkanı Ukrayna Silahlı Qüvvələrindən təmizləyiblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərhədyanı rayonların sakinlərinin əksəriyyəti köçürülüb.


Geri dön