Saytımızı qiymətləndirin


 
 

Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları dəfn edilib
Tarix: 15-08-2024 | Saat: 12:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Cavanşir Hüseynovun və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib.

Qarabaginfo.az xəbər verir ki, hər iki şəhidin qalıqları bu gün Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hüseynov Cavanşir Ərşad oğlu 1960-cı ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub.

Şirinov Tahir Şirin oğlu oğlu da 1959-cu ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub.

Qeyd edək ki, Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb.

Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.

 



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər