Tarix: 02-07-2022 | Saat: 14:34
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı 344 nəfərə çatıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında rəsmi məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 344 uşaq həlak olub, 640-dan çox uşaq yaralanıb.
Zərərçəkmiş uşaqların əksəriyyəti son həftələr döyüşlərin intensiv getdiyi Ukraynanın şərq torpaqlarında - Donetsk vilayətindədir.
Məlumata görə, Xarkovda 185, Kiyev vilayətində 116, Çerniqovda 68 və Luqanskda 61 uşaq müharibənin təsirinə məruz qalıb, Nikolayev, Xerson və Zaporojyedə ölən və yaralanan uşaqlar var.
Bundan əlavə, qeyd olunub ki, Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində 2102 təhsil müəssisəsi zərər görüb. Onlardan 215-i tamamilə məhv edilib.
Digər xəbərlər