Saytımızı qiymətləndirin


 
 

ABŞ, Britaniya, İtaliya, Fransa və Almaniya İrana çağırış edib
Tarix: 14-08-2024 | Saat: 09:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa hesab edir ki, İran hakimiyyəti İsraili hücumla hədələməyi dayandırmalıdır.

Bu barədə bu ölkələrin liderləri ilə telefon danışığından sonra Ağ Evin yaydığı birgə bəyanatda deyilir.

“Biz İsraili İranın təcavüzündən və İranın dəstəklədiyi terror qruplarının hücumlarından müdafiə etmək üçün dəstəyimizi ifadə etdik. Biz İranı İsrailə qarşı hərbi hücum hədələrini dayandırmağa çağırdıq və belə bir hücumun regional təhlükəsizliklə bağlı ciddi nəticələrini müzakirə etdik”, – deyə bəyanatda deyilir.

Tərəflər həmçinin Qəzza zolağında gərginliyin azaldılması və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini dəstəkləyiblər.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
20-05-2022, 13:00 Sabah yağış yağacaq