Saytımızı qiymətləndirin


 
 

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib- DİN-dən AÇIQLAMA
Tarix: 23-07-2024 | Saat: 11:43
Bölmə:Karusel / Mədəniyyət / Kriminal | çapa göndər

Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.



Xəbəri paylaş

213 dəfə oxunub.

Digər xəbərlər