Saytımızı qiymətləndirin


 
 

YAP-ın deputatlığa namizəd siyahısında Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran da var, Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi verilməyib
Tarix: 17-07-2024 | Saat: 12:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vasif Talıbov

 

YAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aranın və Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanovun da adı var.

Qarabaginfo.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra APA-ya açıqlamasında deyib.

O, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və AMEA prezidenti İsa Həbibbəylinin adının isə YAP-ın siyahısında olmadığını bildirib.

“Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, - deyə o qeyd edib.

Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər
29-08-2022, 12:17 Sabah hava necə olacaq?
25-12-2023, 14:23 Üç rayonda qaz olmayacaq