Saytımızı qiymətləndirin


 
 

AB israilli ultra sağçı şəxslərə və qruplara qarşı sanksiya tətbiq etdiyini açıqlayıb
Tarix: 16-07-2024 | Saat: 07:44
Bölmə:Karusel / Dünya | çapa göndər

AB israilli ultra sağçı şəxslərə və qruplara qarşı sanksiya tətbiq etdiyini açıqlayıb

Avropa Birliyi Fələstinlilərə qarşı etnik təmizləmə çağırışı edən, İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda aktiv iştirak edən və humanitar yardım maşınlarının qarşısını kəsən israilli ultra sağçı şəxslərə və qruplara qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı məlumat Avropa İttifaqının yayımladığı açıqlamada yer alır.

Açıqlamaya görə, irqlərin qarışmasının əleyhinə olan Lehava qrupunun rəhbəri Bentzi Qopşteyn və fələstinlilərə etnik təmizləmə çağırışı etməkdə ittiham olunan Baruç Marzelə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

Bundan başqa qanunsuz məskunlaşmada fəal iştirak edən Zvi Bar Yosef, Moşe Şarvit və İsaşar Manne, həmçinin qeyri-qanuni postlar “Moshe's Farm” və “Zvi's Farm” da sanksiya siyahısında adı keçən tərəflər arasındadır.

Qəzza zolağına gedən humanitar yardım maşınlarının qarşısını kəsən Tzav 9 təşkilatına qarşı da sanksiya tətbiq edildiyi bildirilib.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər