“ƏDV geri al”dan istifadə edənlərin nəzərinə - Dəyişikliklər ediləcək
Tarix: 06-12-2021 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
389 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-12-2021 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
"ƏDV geri al” layihəsi çərçivəsində növbəti aydan tətbiq ediləcək dəyişikliklər ilə bağlı müraciətlər ilə bağlı qeyd etmək istərdik ki, "Vergi Məcəlləsi”nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub”, deyə deputat bildirib.
O əlavə edib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu:
"Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək”.
Xəbəri paylaş
Digər xəbərlər
20-04-2025, 13:57
Netanyahu: "İsrail HAMAS-a hərbi təzyiqi artıracaq"
25-11-2021, 15:54
"Azəriqaz" nümayəndələri Evlax sahibkarların problemlərini dinlədi
8-12-2022, 14:26
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin yeni üçtərəfli görüşünün təşkili üçün müvafiq işlər aparılacaq
9-08-2023, 11:35
Mədəniyyət naziri Akif İslamzadə ilə görüşüb
30-09-2025, 16:36
“Əvvəllər vətəndaşın su ilə təmin olunması 19 mərhələdən keçirdi” –ADSEA-nın sədr müavini
6-12-2022, 16:26
Vasif Talıbovun dövlətimizə qarşı – Sensasion fərmanı
3-11-2022, 20:35
"Qarabağ" və "Frayburq"un start heyətləri açıqlandı
21-08-2024, 07:51
“Hizbullah” İsrailin şimalına 135 raket atıb
10-03-2022, 16:04
İsrail Prezidenti: “Türkiyədəki icma yəhudilərin birlik nümunəsidir”
29-04-2022, 17:53
Doğumun qeydə alınması qaydası dəyişir

















