Saytımızı qiymətləndirin


 
 

“Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki...” - Metyu Brayza
Tarix: 24-10-2021 | Saat: 20:13
Bölmə:Karusel / Dünya | çapa göndər

“Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki...” - Metyu Brayza

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında Moskvada bir araya gələcəyini öyrənmək məni çox sevindirdi. Çünki 10 noyabr atəşkəs bəyanatının vacib elementi - Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasındakı nəqliyyat əlaqələrinin yenidən açılması hələ ki, reallaşmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza noyabr ayında Moskvada baş tutması planlaşdırılan üçtərəfli görüş haqda danışarkən deyib.

Brayzanın sözlərinə görə, erməni xalqı 10 noyabr bəyannaməsinin gətirəcəyi infrastruktur faydalarından əsasən xəbərsizdir:

“Bəyannamənin icrası yeni iş yerləri yaradacaq, iqtisadi artımı təmin edəcək, Ermənistanın Azərbaycan və Türkiyə ilə yeni əlaqələr qurması bu ölkənin regional iqtisadiyyata yenidən inteqrasiya etməsinə imkan yaradacaq, nəqliyyat infrastrukturu və investisiyalar böyük faydalar gətirəcək. Amma Ermənistan siyasəti son vaxtlara qədər erməni siyasi liderin bölgədəki bütün tranzit əlaqələrinin yenidən açılmasını tələb edən 10 noyabr atəşkəs bəyanatının son bəndindən faydalanmasına və ya onu qəbul etməsinə mane olurdu”.

Diplomatın fikrincə, Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra özünü daha aydın ifadə edir:

“O, artıq Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinin və Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının vaxtı çatdığını dilə gətirir. Düşünürəm ki, bu çox vacib irəliləyişlər toplusudur və ümid edirəm ki, Moskvada Prezident Putinlə görüş zamanı Baş nazir Paşinyan bu müsbət mövqeyini daha da möhkəmləndirəcək. Bilirəm, Prezident Əliyev bu nəqliyyat əlaqələrini bərpa etmək və təkcə Azərbaycana deyil, Ermənistana da investisiyaların yatırılması ilə məşğul olmaq istəyir ki, azərbaycanlılar və ermənilər bir daha qonşu kimi normal yaşaya bilsinlər”./Axar.az



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər