Saytımızı qiymətləndirin


 
 

Nazirlik şagirdlər üçün daha bir verilişin yayımına start verir
Tarix: 21-04-2020 | Saat: 11:26
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycan Respublikası Təhsil Nazirliyi

 

Təhsil Nazirliyi bu həftənin şənbə günündən "Mədəniyyət" kanalında yeni "Dərsdən sonra" adlı verilişin yayımına start verəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.Onun sözlərinə görə, 40-45 dəqiqəlik proqramda məktəbdən kənar fəaliyyətlə bağlı mövzulara toxunulacaq: "Söhbət rəqsdən tutmuş, rəsm, musiqi və məktəbəqədər yaşda uşaqların diqqətində olan məsələlərlə bağlı televiziya proqramının yayımından gedir. Güman edirəm ki, bu proqram məktəblilərimizin diqqətini cəlb edəcək və xoşlarına gələcək". 



Xəbəri paylaş

358 dəfə oxunub.

Digər xəbərlər