Tarix: 11-07-2024 | Saat: 13:49
Bölmə:Karusel | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 19-da, saat 10:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qusar rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər xəbərlər