Saytımızı qiymətləndirin


 
 

Rusiya ABŞ-nin Almaniyada uzaqmənzilli raketlər yerləşdirməsinə hərbi cavab verəcək
Tarix: 11-07-2024 | Saat: 11:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

 

Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin yerləşdirilməsi ilə bağlı qərar Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, bu hərəkətlər, nəticədə gələcəkdə silahlara nəzarət üzrə bəzi danışıqların şansının artacağından və ya tamamilə boşa çıxıb, mənfi tərəfə keçəcəyindən asılı olmayaraq, ilk növbədə, Rusiyanın təhlükəsizliyinə zərər vurmağa yönəlib.

Ryabkov qeyd edib ki, uzaqmənzilli raketlərin yerləşdirilməsi barədə qərar sadəcə eskalasiya kursunun həlqəsidir, bu gün NATO və ABŞ-nin Rusiya istiqamətində xəttinin demək olar ki, əsas komponenti olan hədə-qorxu elementlərindən biridir.

Qeyd edək ki, Pentaqon 2026-cı ildə ABŞ-nin Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzunmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacağını açıqlayıb.

Nazir müavini vurğulayıb ki, Rusiya Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin yerləşdirilməsinə hərbi cavab verəcək.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər
14-09-2021, 19:00 Yaqub Zurufçu vəfat etdi