Saytımızı qiymətləndirin


 
 

“Shell”in Rusiya neftinin alınması üzrə uzunmüddətli müqavilələri bu il başa çatacaq
Tarix: 05-05-2022 | Saat: 08:49
Bölmə:Karusel / Dünya | çapa göndər

“Shell”in Rusiya neftinin tədarükü üçün uzunmüddətli müqavilələri kiçik müstəqil Rusiya istehsalçısı ilə iki müqavilə istisna olmaqla 2022-ci ilin sonuna qədər başa çatacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Şirkət artıq bəyan edib ki, o, Rusiya neftinin spot alışını dayandırıb və hökumətin birbaşa göstərişi ilə həyata keçirilən hallar istisna olmaqla uzunmüddətli müqavilələri yeniləməyəcək.

“Şirkət bu tədarük müddətlərini daha sürətli azaltmağın yollarını axtarır və tədarükün davamlılığını təmin edəcək şəkildə bu cür məhsulları tədarük zəncirlərindən çıxarmaq üçün hökumətlər, təchizatçılar və müştərilərlə işləyir. Dizel, mazut və nafta (neft-kimya sektoru üçün mühüm xammal) kimi Rusiya neft məhsullarının qlobal təchizat zəncirlərindən mərhələli şəkildə çıxarılması xüsusilə çətin olacaq” -, şirkətin məlumatında deyilir.

“Shell” qeyd edir ki, Avropanın Rusiyadan təbii qazındən asılılığını azaltmaq istəyi çox çətin məsələdir, hökumətlər, eləcə də enerji təchizatçıları və istehlakçılar tərəfindən razılaşdırılmış tədbirlər tələb olunur.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər