Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpü bu gündən bağlanıb.
Qarabaginfo.az erməni mediasına istinadən bildirir ki, bu barədə Açarkut kənd sakini Karen Qazaryan NEWS.am saytına məlumat verib.
Onun sözlərinə görə, hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir.
Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpü Bakının nəzarətinə keçməlidir.
“Polis hər iki tərəfdə post qoyub və körpünü bağlayıb.
Alternativ Kirants-Açarkut yolunun yenidən qurulması işlərinə mayın 19-da başlanılıb.