"Türkiyə-Ermənistan sərhədində görüş keçirilib..."-Ərdoğanın sözçüsü
Tarix: 30-11-2022 | Saat: 11:21
Bölmə:Karusel / Region | çapa göndər
1223 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-11-2022 | Saat: 11:21
Bölmə:Karusel / Region | çapa göndər

Noyabrın əvvəlində "sərhəddə Ermənistan və Türkiyənin texniki nümayəndə heyətlərinin görüşü baş tutub".
Qarabaginfo.az xəbər verir ki, "AHaber"in yaydığı məlumata görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın həmin telekanalın efirində bildirib.
Ərdoğanın sözçüsü Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının müsbət istiqamətdə getdiyini vurğulayıb. İ.Kalının sözlərinə görə, çox güman ki, yaxın vaxtlarda üçüncü ölkə vətəndaşları üçün sərhəd açılacaq və diplomatik pasportlara icazə veriləcək.
Rəsmi İrəvan hələlik bu görüşlə bağlı məlumat verməyib.
Türkiyə prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitliyə zəmin yaratmaq üçün Ermənistanla Azərbaycan arasında proses sağlam şəkildə getməlidir.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda tərəflərin təyin etdiyi xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç indiyədək dörd rəsmi görüş keçirib: birincisi Moskvada, qalanları Vyanada. Yayda keçirilən son görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin qismən açılması və yüklərin birbaşa hava yolu ilə daşınmasına başlanması barədə razılığa gəliblər.
Xəbəri paylaş
Digər xəbərlər
23-04-2026, 11:03
Serjik Azərbaycana qayıdır?
8-10-2024, 07:58
Kim Çen In Cənubi Koreyaya hücumda maraqlı olmadıqlarını açıqlayıb
15-07-2026, 13:43
Hökumət sözçüsü: ABŞ-ın İranın cənubuna zərbələri nəticəsində 30-dan çox mülki şəxs ölüb
4-07-2018, 17:33
Fövqəladə hallar naziri Mingəçevirdə - Kəmaləddin Heydərov tapşırıqlar verdi +FOTOLAR
25-04-2022, 14:32
Anar Kərimovdan yeni təyinat
17-04-2025, 16:23
43 nəfər 300 bal topladı: keçid balları qalxacaq, enəcək?
3-02-2022, 07:24
Bayden və Makron arasında telefon danışığı olub


















