Saytımızı qiymətləndirin


 
 

Azərbaycan mülki aviasiya üçün uçuş aparatlarının idxalını vergidən azad edir
Tarix: 15-12-2017 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

"Qarabaginfo" xəbər verir ki, Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. 

“Report”un xəbərinə görə, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq edilib.

Belə ki, Məcəllənin 164-cü (vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd - 164.1.38-ci bəndi əlavə edilir. Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.



Xəbəri paylaş

693 dəfə oxunub.

Digər xəbərlər