Saytımızı qiymətləndirin


 
 

Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi
Tarix: 30-05-2024 | Saat: 11:49
Bölmə:Karusel / Kriminal | çapa göndər

kecmis-heyat-yoldasi-anar-meherremovu-yeniden-mehkemeye-verdi

Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.

Qarabaginfo.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nikah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.

Qeyd edək ki, M.Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Onun keçmiş əri Anar Məhərrəmov isə BDU-nun sabiq rektoru, eks-deputat Abel Məhərrəmovun oğludur.

2021-ci ildə boşanan cütlük arasında əmlak davası hələ də davam edir.

Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında mülkiyyət bölgüsünə görə də məhkəmə çəkişməsi olmuşdu.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər