Saytımızı qiymətləndirin


 
 

FIFA Dünya Çempionatının kommersiya hüquqlarının xarici investorlara satılması planından imtina edib
Tarix: 01-08-2026 | Saat: 07:13
Bölmə:Karusel / İdman | çapa göndər

FIFA Dünya Çempionatının kommersiya hüquqlarının xarici investorlara satılması planından imtina edib

FIFA Dünya Çempionatının kommersiya hüquqlarının 20 faizinin təxminən 20 milyard dollar qarşılığında xarici investorlara satılması planından imtina edib.

Bu barədə “The New York Post” mənbələrə istinadən məlumat verib.

Qərar Avropa futbol qurumlarının və azarkeşlərin kəskin etirazından sonra qəbul olunub.

Bildirilir ki, UEFA və bir sıra Avropa futbol federasiyaları planın həyata keçiriləcəyi təqdirdə FIFA turnirlərini boykot edə biləcəkləri barədə xəbərdarlıq ediblər.

Məlumata əsasən, layihə Dünya Çempionatının media, marketinq və sponsorluq hüquqlarından əldə olunan gəlirlərin bir hissəsinin investorlara verilməsini nəzərdə tuturdu.

Lakin bu təşəbbüs futbolun kommersiyalaşdırılmasını daha da artıracağı və FIFA-nın müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Mənbələr bildiriblər ki, yaranan qlobal narazılıq fonunda FIFA rəhbərliyi, o cümlədən prezident Canni İnfantino planı dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, bundan əvvəl UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
1-10-2020, 17:39 BBC, nə baş verir?