Saytımızı qiymətləndirin


 
 

Rusiyanın baş müftisi Dağıstanda niqabın qadağan olunmasına münasibət bildirib
Tarix: 03-07-2024 | Saat: 13:20
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın baş müftisi Dağıstanda niqabın qadağan olunmasına münasibət bildirib

Rusiya ərazisində 14 əsr ərzində niqab olmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın baş müftisi, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tadjuddin niqab problemi ilə bağlı "Brief"ə şərhində bildirib.

“14 əsrdir ki, bizdə niqab olmayıb. Şimali Qafqazda isə vəziyyət fərqlidir, burada Şafii məzhəbindən olan müsəlmanlar üz örtüyünü məcburi hesab edə bilərlər, lakin məsələn, terror təhlükəsi və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu problem qanunla həll oluna bilər. Bir vaxtlar yalnız başı açıq halda pasport fotoşəkili çəkmək məcburiyyəti vardı, son illərdə baş örtüyü ilə şəkil çəkdirməyə icazə verilib. Bu qanunla müəyyən edilir. Amma Hənəfi məzhəbində olan müsəlmanlar qadınların üzünü və əllərini örtmək öhdəliyi yoxdur”, - deyə Rusiyanın baş müftisi vurğulayıb.

Qeyd edək ki, bu gün Dağıstanda niqab müvəqqəti qadağan olunub. Bu barədə respublikanın müftiyyəti fətva verib. Məlum qərarın respublikanın dinlər üzrə milli siyasət nazirliyinin müraciəti əsasında verildiyi açıqlanıb. Niqabın müvəqqəti qadağan olunmasının səbəbinin Dağıstan əhalisinin təhlükəsizliyinə təhdidlərin mövcud olması ilə əlaqələndirilib.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər