Tarix: 11-05-2024 | Saat: 07:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Küveyt əmiri Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Sabah ölkə parlamentinin buraxıldığını və konstitusiyanın bəzi müddəalarının işinin dayandırıldığını elan edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “KUNA” agentliyi məlumat yayıb.
“Küveytin siyasi səhnəsindəki parçalanmalar o həddə çatıb ki, artıq susa bilmərik. Biz ölkənin maraqlarını təmin etmək üçün bütün lazımi tədbirləri görməliyik, ona görə də biz parlamenti buraxmağa və konstitusiyanın bəzi maddələrini demokratik prosesin bütün aspektlərinin yoxlanılacağı dörd ildən çox olmayan müddətə dayandırmağa məcburuq”, - əmir xalqa müraciətində bildirib.
Parlamentin səlahiyyətləri müvəqqəti olaraq əmirə və Nazirlər Kabinetinə veriləcək.
Dövlət başçısının müvafiq fərmanı “Əl-Küveyt əl-Yəvm” hökumət qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.
Digər xəbərlər