Tarix: 08-04-2023 | Saat: 11:58
Bölmə:Karusel / İdman | çapa göndər
"Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq".
Qarabaginfo.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Qurum rəsmisinin sözlərinə görə, bu keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır: "Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb".
"Abşeron" tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək", - o bildirib.
T. Teymurov vurğulayıb ki, "Formula 1" yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir: "Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.
Digər xəbərlər