Saytımızı qiymətləndirin


 
 

Moskvada oyuncaq avtomatla Prezident Administrasiyasının binasına girməyə cəhd edilib
Tarix: 04-04-2024 | Saat: 12:39
Bölmə:Karusel / Region | çapa göndər

 

Moskvada oyuncaq avtomatla Prezident Administrasiyasının binasına girməyə cəhd edilib

Moskvada oyuncaq avtomatla Prezident Administrasiyasının binasına girməyə cəhd edilib.

Qarabaginfo.az xəbər verir ki, Baza-nın məlumatına görə, aprelin 3-də səhər saatlarında Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşları İlyinka küçəsində yerləşən Prezident administrasiyasının binasının yaxınlığında şübhəli bir adam görüblər. Adamın üstündə avtomata oxşayan bir əşya olub.

Naməlum şəxs vestibülə daxil olanda FSO əməkdaşları hər iki tərəfdən qapıları bağlayıb və polis çağırıblar.

Həmin şəxs saxlanılıb. Onun Ukrayna doğumlu 69 yaşlı Viktor Krasivski olduğu məlum olub. Krasivskinin üstündə qəhvəyi qundağı olan qara Kalaşnikov avtomatı şəklində uşaq oyuncağı aşkar olunub.

Krasivski polisə izah edib ki, o, 15 ildir ki, prezidentlə görüşmək istəyir, lakin ona həmişə rədd cavabı verilib. Bu dəfə də o, aktual məsələləri müzakirə etmək üçün “şəxsi qəbulda” iştirak etmək qərarına gəlib.

Krasivski polis şöbəsinə aparılıb, daha sonra psixiatrik xəstəxanaya yerləşdirilib.



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər