Saytımızı qiymətləndirin


 
 

Saakaşvili Vahid Milli Hərəkat Partiyasının rəhbərliyini üzərinə götürdü
Tarix: 20-11-2023 | Saat: 14:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Saakaşvili Vahid Milli Hərəkat Partiyasının rəhbərliyini üzərinə götürdü

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili qurduğu Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının rəhbərliyini öz üzərinə götürüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

“Təcrübəli partiyadaşlarımızın hamısının siyasi şuraya qayıtmasını təmin etmək üçün siyasi məsuliyyəti öz üzərimə götürürəm, nədənsə bir çox görkəmli şəxslər bu Şuradan kənarlaşdırılıb. Siyasi Şuranın koordinasiyasını öz üzərimə götürürəm. Liderliyi üzərimə götürürəm ki, partiya yenidən inteqrasiya etsin, başqa əlaqələrə və başqa insanlara açıq olsun. Biz ortaq dil tapıb çox sürətlə irəli getməyi bacarmalıyıq”, - deyə eks-prezident məhkəmə iclasında bildirib.

 

Qeyd edək ki, 2021-ci ildə vətəninə qayıtdıqdan dərhal sonra həbs olunan siyasətçinin səhhətində ciddi problemlər yaranıb. Dəfələrlə aclıq aksiyası keçirən Saakaşvili müalicə müəssisəsinə köçürülüb.



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər