Ana Sayfa > Karusel / İdman > Bakı Şəhər Halqası: "Bu il bilet satışında bütün rekordları qırmışıq"

Bakı Şəhər Halqası: "Bu il bilet satışında bütün rekordları qırmışıq"


8-04-2023, 11:58. Yazar: Admin

F1 Azərbaycan Qran Prisinə ən çox bilet bu ölkələrdən alınıb

"Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq".

Qarabaginfo.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır: "Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb".

"Abşeron" tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək", - o bildirib.

T. Teymurov vurğulayıb ki, "Formula 1" yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir: "Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.


Geri dön