Saytımızı qiymətləndirin


 
 

Rusiya vətəndaşlığı almış 10 min miqrant Ukraynada müharibə zonasına göndərilib
Tarix: 27-06-2024 | Saat: 11:51
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya vətəndaşlığı almış 10 min miqrant Ukraynada müharibə zonasına göndərilib

Rusiyada vətəndaşlıq almış və hərbi qeydiyyatdan keçməmiş 30 min keçmiş miqrant saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, saxlanılan 30 min keçmiş miqrantdan 10 mini artıq xüsusi əməliyyat zonasına gedib.

Bastrıkin deyib ki, Rusiyada nə qədər miqrant olduğunu dəqiq bilmir: "13 və ya 14 milyon... əhalinin sayına görə hər onuncu adam xarici vətəndaşıdır".

Bastrıkin Rusiya Federasiyasının ərazisində qeyri-qanuni qalmaya görə məsuliyyətin artırılmasını təklif etmək istədiyini söyləyib. Qeyd edib ki, bu, ağırlaşdırıcı hal olmalıdır.

"Bu cür miqrasiya siyasəti və ekstremizmin artması yolverilməzdir, bu, milli təhlükəsizliyə təhdiddir" - deyə RF İstintaq Komitəsinin sədri qeyd edib.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər