Tarix: 16-03-2022 | Saat: 14:31
Bölmə:Karusel / Təhsil | çapa göndər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni sədri Abduqaffor Qırğızboyev arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ilk öncə rektor Abduqaffor Qırğızboyev Azərbaycanla dostluq və əməkdaşlıq haqqında danışaraq, rəhbərlik etdiyi Universitetin tarixi, onun Özbəkistanın elm, ictimai, təhsil sahəsində mövqeyi və rolu haqqında məlumat verib.
Rektor Abduqaffor Qırğızboyev Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan Universitetdə görülən işlər, qazanılan nailiyyət haqqında danışıb və hazırda Özbəkistanın bu nüfuzlu ali məktəbində 23 minə yaxın tələbənin təhsil aldığını qeyd edib. O, Universitetin bazasında Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini vurğulayıb və ötən illərdə Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin reallaşdırıldığını xüsusi qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Abduqaffor Qırğızboyevi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunmağı münasibəti ilə təbrik edib, Universitetin hər bir azərbaycanlı üçün əziz olduğunu və dostluq əlaqələrimizin genişləndirilməsi və inkişafı yolunda əhəmiyyətini qeyd edib.
O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təbliği, tədqiqinə Azərbaycan dövləti tərəfindən daim böyük önəm verildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğunu söyləyib.
Görüşdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov da iştirak edib.
Tərəflər il ərzində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Universitetdə Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəniyyətimiz, ədəbiyyatımıza dair birgə tədbirlərin, layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsinin tədqiqi, təbliği, habelə Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə işlərin həyata keçirilməsinə dair razılıq əldə ediblər.
Digər xəbərlər