Saytımızı qiymətləndirin


 
 

Zelenskiyə qarşı sui-qəsd - İFŞA EDİLDİ
Tarix: 07-05-2024 | Saat: 17:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenskiyə qarşı sui-qəsd - İFŞA EDİLDİ

 

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Prezident Volodimir Zelenskinin və ölkənin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə UTX-nin məlumatında bildirilir.

 

“Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Prezidentinin qətlini hazırlayan RF Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinin agent şəbəkəsini ifşa edib. Dövlət Mühafizə Xidmətinin iki polkovniki həbs olunub. Əks-kəşfiyyat və UTX Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidentinin və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlinə dair planlarını pozublar”, - deyə məlumatda bildirilir.

 

UTX-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə İdarəsi rəhbərliyinin köməyi ilə vaxtında ifşa olunmuş agent şəbəkəsi planları həyata keçirməli idi.

 

“Fəaliyyəti Moskvadan, Federal Təhlükəsizlik Xidməti tərəfindən yönləndirilən şəbəkənin heyətinə Dövlət Mühafizə İdarəsinin iki polkovniki daxil idi, RF-nin məxfi məlumatını onlar ötürüblər”, - deyə xidmətdə əlavə ediblər.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər