"Kiyev vilayətinin işğaldan azad edilmiş İrpin şəhərində rus işğalçılarının qoyub getdiyi çoxlu mina və keçid naqilləri tapılıb". 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko danışıb.

Müşavir evlərinə qayıtmaq istəyənlərdən xahiş edib ki, səlahiyyətlilər onlara rəsmi məlumat verdikdən sonra İrpinə qayıda bilərlər: "Biz çoxlu mina, keçid naqilləri, hətta minalanmış cəsədlər tapırıq. Buna görə də, evlərinə qayıtmaq istəyənlərin hamısına böyük bir xahişim var, bir az gözləyin - görsünlər orada nə var. Sonra sizin şəhərə girmək üçün nə edəcəyiniz rəsmi olaraq deyiləcək". 

Xatırladaq ki, ukraynalı müdafiəçilər İrpin şəhərini , martın 28-də rus işğalçılarından azad ediblər.