REAL Partiyası Milli Məclisə seçkilərdə namizəd olacaq üzvlərinin adlarını açıqlayıb.
Qarabaginfo.az bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.
REAL partiyasının Siyasi Komitəsinin bu gün keçirilmiş iclasında bu üzvlərin qarşıdan gələn parlament seçkilərində namizədliyi irəli sürülüb:
Erkin Qədirli
İlqar Məmmədov
Elçin Əliyev
Mahmud Mahmudov
Natiq Cəfərov
Toğrul İskəndərli
Rəsul Cəfərov
Zöhrab Əliyev
Samir Məmmədov
Elşən Ədalətli
Rüstəm Hidayətzadə
Vasif Novruzov
Razim Rzayev
İ.Məmmədov deyib ki, digər bir neçə üzvlə bağlı yaxın günlərdə əlavə məsləhətləşmə aparılacaq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək.
“Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar. Odur ki, maddi resurs əsas götürülməklə, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik”.
İ.Məmmədov deyib ki, seçki dairələrini isə kampaniya başladıqdan sonra ayrıca elan edəcəklər.