Saytımızı qiymətləndirin


 
 

Göygölə dolu düşüb - Bakıda 32 dərəcə isti olacaq
Tarix: 22-06-2024 | Saat: 12:45
Bölmə:Karusel / Region | çapa göndər

 

Göygölə dolu düşüb - Bakıda 32 dərəcə isti olacaq

Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.

Qarabaqinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb.

“Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir”.
 

G.Abbasovanın sözlərinə görə havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.


Bakıda və Abşeron yarımadasında faktiki və gözlənilən hava şəraitinin proqnozu da açıqlanıb.

Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib.

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir” , - deyə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Oyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

 



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər