Tarix: 09-07-2021 | Saat: 10:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Gürcüstan bu il yanvar-iyun aylarında Azərbaycan bazarına 133 mində artıq şüşə butulkada şərab ixrac edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyinin məlumatında deyilir.
Qeyd olunur ki, ötən ilin ilk yarısı ilə müqayisədə Gürcüstandan Azərbaycana şərab ixracı 41% artıb.
Hesabat dövründə Gürcüstandan ən çox şərab Rusiyaya ixrac olunub – 28 mln. şüşədən artıq. Bu, illik ifadədə 8% çoxdur.
Gürcüstan şərabının alış həcminə görə Ukrayna ikinci yerdədir. Yanvar-iyun aylarında bu ölkəyə 5,2 mln. çox şüşə şərab ixrac edilib ki, bu da keçən ildəkindən 15% çoxdur. Üçüncü yerdə 2,8 mln. çox şüşə ilə Polşa qərarlaşıb. İllik dinamika 31% təşkil edib.
Bundan başqa, cari ilin ilk yarısında Gürcüstandan Çinə 2,7 mln. (+10%), Qazaxıstana 2 mln. (+61%), Türkiyəyə 31 minə yaxın şüşə (+115%), ABŞ-a 502 mindən çox (+35%), İsrailə 274 minə yaxın (+63%), Almaniyaya 364 mində çox (+4%), Estoniyaya isə 349 minə yaxın (+3%) şüşə butulkada şərab ixrac edib.
Digər xəbərlər