Tarix: 21-06-2024 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Ölkənin İstintaq Komitəsinin nümayəndəsinin jurnalistlərə verdiyi açıqlamaya görə, sözügedən avtomobil cinayət işi çərçivəsində müsadirə edilib. Bununla belə, məsələ ilə bağlı detallar açıqlanmayıb.
Vəkil Roman Yeritsyanın sözlərinə görə isə, onlara xidməti avtomobilin müsadirə edilməsi ilə bağlı məhkəmə qərarı təqdim edilməyib:
“Nümayəndəliyə gələn müstəntiq güc tətbiq etməyə, qapını sındırmağa və maşını müsadirə etməyə hazırlaşdıqları barədə məlumat verməyib”.
Bildirilir ki, nümayəndəliyin mühafizəsindən məsul olan şəxs qapını açmağa səlahiyyəti olmadığını dedikdə, müstəntiq oraya xüsusi təyinatlıları çağırıb. Vəkil müstəntiqdən onun hadisə yerinə gəlməsini gözləmələrini istəsə də, buna məhəl qoyulmayıb.
Digər xəbərlər