Tarix: 21-06-2024 | Saat: 12:49
Bölmə:Karusel / Sosial | çapa göndər
Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib. O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri formalaşır, nəticədə şimşək çaxır, leysan xarakterli yağış yağır:
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir ", - deyə o xatırladıb.
Digər xəbərlər