Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini izləyir
Tarix: 30-05-2024 | Saat: 17:24
Bölmə:Karusel / Region | çapa göndər

Rəsmi Moskva Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini izləyir


Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanmasını izləyir. Bu, regional sabitlik üçün vacib əhəmiyyətlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq. Biz belə bir prinsipdən çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır. Biz həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğumuzu təsdiq edirik", deyə Rusiya XİN sözçüsü vurğulayıb.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər