Tarix: 15-06-2024 | Saat: 14:01
Bölmə:Karusel / Təhsil | çapa göndər
"Bu ilki buraxılış imtahanlarının nəticələri daha yaxşıdır, amma hələ istədiyimiz səviyyədə deyil".
Qarabaqinfo.az xəbər verir ki, bu barədə ASAN TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində 60 minə yaxın tələbə qəbulu gözlənilir:
"Cari ilin qəbul planı keçən illə müqayisədə təxminən 5% artıb. Eyni zamanda dövlət sifarişli yerlərin də sayı artıb. Keçən illə müqayisədə təxminən 1300 yer dövlət sifarişli təhsil üçün artırılıb. Ümumi dövlət sifarişli yerlərin sayı təxminən 28 mindir", - sədr əlavə edib.
M.Abbaszadə qeyd edib ki, dövlət hesabına təhsil alan sosial həssas şəxslərin əhatə dairəsi genişlənib:
"Bu da o deməkdir ki, təkcə 28 min yox, daha çox insan dövlət hesabına təhsil alacaq. Əvvəllər valideynlərini itirmiş şəxslərin ödənişsiz təhsil alması üçün olan yaş həddi götürülüb. Əvvəllər bu, dövlət və bələdiyyə məktəblərinə aid idisə, artıq özəl məktəblərə də aid edilir. İndiyə qədər hansısa özəl məktəblər qeyd edilən kateqoriyada olan uşaqları ödənişdən azad edirdi, hansısa etmirdi. Artıq onların təhsil haqqını dövlət öz üzərinə götürür".
Digər xəbərlər