Saytımızı qiymətləndirin


 
 

Ərdoğan BMT-də çıxış edəcək
Tarix: 18-09-2024 | Saat: 15:17
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ərdoğan BMT-də çıxış edəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır.

 

Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə Prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.

 

Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.

 

Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.

 

Bundan əlavə, Türkiyənin dövlət başçısı dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşəcək.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər