Saytımızı qiymətləndirin


 
 

Vaşinqton tezliklə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək
Tarix: 12-06-2024 | Saat: 08:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Vaşinqton tezliklə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və ixraca nəzarət tədbirləri barədə açıqlama vermək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, RİA Novosti bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən xəbər verir.

Kirbi bildirib ki, Vaşinqton bu həftə bir sıra həssas yeni anti-Rusiya sanksiyaları və ixraca nəzarət tədbirləri elan edəcək. Bu tədbirlər G7 ölkələrinin liderlərinin üzərinə götürdüyü bir sıra öhdəliklər çərçivəsində həyata keçiriləcək.

Kirbi qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti Moskvaya xarici məhsullar almağa kömək etdiyi iddia edilən təşkilat və şəbəkələrə qarşı yönələcək.

Xüsusilə, maliyyə vasitəçilərinin Rusiya hərbi-sənaye bazasının dəstəklənməsi ilə bağlı işi mürəkkəbləşəcək və bu, Rusiya iqtisadiyyatının əsas sektorlarından gələcək gəlirləri məhdudlaşdıracaq.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər