Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
Tarix: 10-07-2026 | Saat: 17:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Ukrayna ordusu iyulun 10-na keçən gecə Rusiyanın Azov dənizində fəaliyyət göstərən "kölgə donanması"na məxsus daha 12 gəminin vurulduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) yaydığı məlumatda deyilir.

Bildirilib ki, zərbələr Rusiyanın neft ixracı infrastrukturuna qarşı iyulun 6-da başlanmış əməliyyat çərçivəsində həyata keçirilib.

Məlumata görə, hədəfə alınan gəmilər beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə neft və neft məhsullarının daşınmasında istifadə olunan "kölgə donanması"na daxildir.

PSQ-nın açıqlamasına görə, əməliyyatın başlandığı 6 iyuldan etibarən dörd gün ərzində Azov dənizindəki hər dörd gəmidən biri məhv edilib və ya zədələnib. Əməliyyatın ən uğurlu gecəsi isə 9 iyul olub. Həmin vaxt 14 gəmi vurulub.

Ukrayna tərəfi qeyd edib ki, son bir neçə gün ərzində Rusiyanın "kölgə donanması"na məxsus artıq 50 gəmi zərbəyə məruz qalıb.

Məlumata görə, iyulun 10-da tankerlərlə yanaşı, onların yükləndiyi Taqanroq və Azov limanlarına da zərbələr endirilib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər