Saytımızı qiymətləndirin


 
 

Baş prokuror: "Ötən il baş verən cinayətlərin 84,3%-nin açılması təmin edilib"
Tarix: 25-01-2021 | Saat: 13:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş prokuror: "Ötən il baş verən cinayətlərin 84,3%-nin açılması təmin edilib"

Ötən il digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26004 cinayətin 84,3%-nin açılması təmin olunub.

Qarabaqinfo.az-in  məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki,  bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir ki, onların da açılma faizi 85,5% təşkil edib.

Kamran Əliyev qeyd edib ki, 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər