Tarix: 10-02-2023 | Saat: 19:42
Bölmə:Karusel / Manşet | çapa göndər
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.
“PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar (1 milyon 700 min manat) ianə edib.
Bu barədə “Paşa Holding”dən məlumat verilib.
“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Digər xəbərlər