Saytımızı qiymətləndirin


 
 

“Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər”- Almaniya kəşfiyyatının rəhbəri
Tarix: 14-10-2024 | Saat: 17:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

“Rusiya silahlı qüvvələri bu onilliyin sonundan gec olmayaraq NATO-ya zərbə endirməyə hazır olacaq”, – o, Bundestaqın Parlament Nəzarət Komitəsində keçirilən dinləmələrdə bildirib.

Kalın sözlərinə görə, Kreml Almaniyaya düşmən kimi baxır, çünki Berlin Kiyevin ikinci ən böyük dəstəkçisidir.

O, həmçinin vurğulayıb ki, NATO-nun Qarşılıqlı Müdafiə bəndinə müraciət etmə ehtimalı qarşıdakı illərdə də yüksək olaraq qalacaq.

“Vladimir Putin təkcə Kremlin Avropadakı təsirini genişləndirməyə deyil, həm də ABŞ-ın hərbi mövcudluğunu qitədən sıxışdırmağa çalışır. Çünki ABŞ-ın müdafiə xərcləri Avropa İttifaqının xərclərini əhəmiyyətli dərəcədə üstələyir.  Biz Rusiya ilə birbaşa qarşıdurma vəziyyətindəyik. Putinin məqsədi təkcə Ukraynanı ələ keçirmək deyil. O, əslində yeni dünya nizamı yaratmağa çalışır” – Almaniya kəşfiyyatının rəhbəri əlavə edib.



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər