Tarix: 13-03-2023 | Saat: 12:33
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehtiyevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qarabaginfo.az xəbər verir ki, vəzifəli şəxs martın 11-dən 12-nə keçən gecə həyatına qəsd edib. Saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki binalardan birinin girişində 1983-cü il təvəllüdlü Rauf Mehtiyevin asılı vəziyyətdə qalmış meyiti tapılıb və dərhal onun həmin binada yaşayan ailəsinə bu barədə məlumat verilib.
O da məlum olub ki, R.Mehtiyev martın 11-də Nizami Rayon İcra Hakimiyyətində işdə olub. Şənbə günü olduğundan, yəni qısa iş günü ilə əlaqədar o, saat 13 radələrində iş yoldaşları ilə İcra Hakimiyyətinin qarşısında bir qədər söhbətləşdikdən sonra iş yerini tərk edib.
Həmçinin bildirilib ki, R.Mehtiyev işlədiyi dövrdə özünü bacarıqlı və perspektivli kadr kimi göstərib. 2022-ci ildə Nizami Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunarkən onun sabiq başçının köməkçisi olmasına baxmayaraq vəzifədə saxlanılıb və icra başçısının köməkçisi kimi işini davam etdirib.
Rauf Mehtiyevin atası Məhi Mehdiyev isə Qarabağ müharibəsi Veteranları, Qaziləri və Şəhid Ailələri ictimai birliyinin Nizami rayon şöbəsinin sədridir.
İntihar hadisəsi ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.(qafqazinfo)
Digər xəbərlər