Saytımızı qiymətləndirin


 
 

Estoniya Ukraynaya növbəti hərbi yardım paketini elan edib
Tarix: 11-06-2024 | Saat: 16:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Estoniya Ukraynaya növbəti hərbi yardım paketini elan edib

Estoniya Ukraynaya "Mistral" tipli hava hücumundan müdafiə raket sistemləri göndərəcək.

Qarabaginfo.az ERR.ee-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukraynanın Rusiyanın davam edən qəddar təcavüzünün qarşısını almaq üçün təcili olaraq hava hücumundan müdafiə sisteminə ehtiyacı var və müttəfiqlərimizlə birlikdə bu səylərə töhfə vermək Estoniyanın birbaşa təhlükəsizlik marağındadır", - müdafiə naziri Hanno Pevkur deyib.

Təhlükəsizlik səbəbi ilə hərbi yardımın miqdarı açıqlanmır.

Xatırladaq ki, Estoniya daha əvvəl Ukraynaya "Javelin" tank əleyhinə raket sistemləri, haubitsalar, artilleriya sursatları, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, nəqliyyat vasitələri, rabitə vasitələri, səhra xəstəxanaları (Almaniya, Niderland, Norveç və İslandiya ilə əməkdaşlıq edilib), tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr və ərzaq paketləri bağışlayıb.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər
11-02-2021, 14:03 Sabahın hava proqnozu